AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Dillər Universitetinin tələbələri üçün açıq dərs keçirilib.
Elmlə təhsilin inteqrasiyası çərçivəsində baş tutan dərsdə görkəmli filosof-şair Hüseyn Cavidin həyat yolundan, zəngin yaradıcılığından və ədibin ailə üzvlərinin taleyindən bəhs olunub. Bundan əlavə, muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq” və “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”) haqqında gənclərə məlumat verilib.
Dərs zamanı tələbələr dahi dramaturqun “Şeyx Sənan”, “İblis”, “Maral” və digər əsərlərindən parçalar səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.