Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şamaxıda “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçiriləcək
29.06.2018 15:22
  • A-
  • A
  • A+

Şamaxıda “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçiriləcək

4 iyul 2018-ci il tarixində saat 10:00-da Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Kimya Elmləri Bölməsi (KEB) və akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə kimya sahəsində tədqiqat aparan gənc alimlər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçiriləcək. 

5 gün müddətində gənc alimlər müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, kimya elminin yeni prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər. Belə ki, ilk günlərdə qeyd olunan prioritet istiqamətlərlə bağlı KEB-ə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatlar, onların nəticələri yay məktəbinin subyektlərilə müzakirə olunacaq.

Yay məktəbinin gedişində üç elmi panel mövzusu daxilində müzakirələrin təşkili üçün konfransın keçirilməsi də nəzərdə tutulub. Yay məktəbində iştirak edən gənclər teleskopla ulduzları müşahidə edəcək, ulduzlar sistemi haqqında sənədli filmlərə baxacaq və Şamaxıda yerləşən Dəmirçi palçıq vulkanına ekskursiyaya cəlb olunacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: