Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

02.07.2018 09:19
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin 90 illik yubileyi qeyd olunub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin 90 illik yubileyi qeyd olunub

İyunun 29-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim, akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları – bu elmi müəssisənin, Botanika İnstitutunun, Dendrologiya İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları və alimin tələbələri Fəxri xiyabanda görkəmli akademikin əziz xatirəsini yad edib, məzarı önünə əklillər və gül dəstələri qoyublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini bildirib. Müəlliminin Azərbaycan elmindəki misilsiz xidmətlərindən, müsbət insani keyfiyyətlərindən danışan İ.Hüseynova diqqətə çatdırıb ki, mərhum alim bir şəxsiyyət kimi tələbələrinə daim örnək olub. Azərbaycan elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə akademik Cəlal Əliyev hələ sağlığında özünə əbədi abidə ucaldıb. Onun yaratdığı dünya səviyyəli müasir elmi məktəbin onlarla istedadlı yetirməsi bu gün Azərbaycanda və dünyanın ən nüfuzlu mərkəzlərində tədqiqatlar aparır, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaldırlar.

Sonda “Elmə həsr olunan ömür” sənədli filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: