Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim dünya astronomları ilə birgə tədqiqatlar aparacaq
05.07.2018 12:25
  • A-
  • A
  • A+

Azərbaycanlı alim dünya astronomları ilə birgə tədqiqatlar aparacaq

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, f-r.ü.f.d., dosent Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa Birliyinin "HORİZON-2020" müsabiqəsinin qaliblərindən biri olub.

Layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların 4 il müddətində 10 ölkədən astronomlarla birgə tədqiqi nəzərdə tutulur.

Bu tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının uzun illər sınanılmış və hazırda tətbiq etdiyi üsullardan istifadə olunacaq. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələrin dünya astronomları tərəfindən dəqiq nəticələr kimi qəbul olunmasına rəvac verəcək.

Qeyd edək ki, layihənin icrasına 2019-cu ilin yanvarında başlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: