Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutu İranın elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edəcək
06.07.2018 09:19
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutu İranın elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edəcək

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və müəssisənin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov İran İslam Respublikasında elmi ezamiyyətdə olublar.

Səfər zamanı Təbriz Universiteti (TU) və Şimal-Qərbi Aqrar Biotexnologiya İnstitutunda (ŞQABİ) görüşlər keçirilib, birgə tədqiqatların aparılması və müxtəlif istiqamətlərdə elmi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

TU-nun Kənd təsərrüfatı fakültəsinin professorları ilə baş tutan görüşdə birgə kadr hazırlığı və elmi əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib, iki qurum arasında elm və təhsil məsələlərini əhatə edən anlaşma memorandumunun layihəsi hazırlanıb.

Təbriz Universitetinin tədqiqat və texnologiyalar üzrə vitse-prezidenti, professor Aşqar Aşqari biologiya, aqrar, fizika, kimya, yüksək texnologiyalar və digər sahələrdə AMEA ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Bundan əlavə, ŞQABİ-nin direktoru, professor Məhəmməd Amin Hejazi ilə keçirilən görüşdə ortaq elmi əməkdaşlığın perspektivləri müzakirə edilib, beynəlxalq layihələrdə iştirak və kadr hazırlığı məsələlərində birgə fəaliyyətlərlə bağlı razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: