Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)” jurnalı işıq üzü görüb
06.07.2018 12:23
  • A-
  • A
  • A+

“AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)” jurnalı işıq üzü görüb

İqtisadiyyat İnstitutu tərəfindən “AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)” jurnalının cari ildə ikinci sayı çap olunub.

Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü Şahbaz Muradov, redaktor müavini i.f.d., dosent Allahyar Muradov, məsul katibi isə i.f.d., dosent Yaşar Məmmədovdur.

Nəşrin bu sayında "İqtisadi nəzəriyyə. Ümumi iqtisadiyyat", "Region və sahə iqtisadiyyatı", "Maliyyə-pul, vergi və kredit" və "Dünya iqtisadiyyatı" bölmələri üzrə 15-ə yaxın məqalə yer alıb.

Vəsaitdə oxuculara "Heydər Əliyevin inkişaf strategiyası və onun bəzi sosial-iqtisadi nəticələri haqqında", "Azərbaycanda tibb kadrlarından istifadə məsələləri", "Azərbaycanda məcburi köçkünlərin sosial-demoqrafik tərkibinin və məşğulluğunun təhlili", "Abşeron yarımadasınnın müasir ekoiqtisadi vəziyyəti və onun tənzimlənməsi", "Tikintidə investisiya fəaliyyətinin dövlət tənzimlənməsi və innovasiya texnologiyalarının tətbiqi istiqamətləri", "Azərbaycanın neft sənayesində innovasiya fəaliyyətinin təşkili və onun genişləndirilməsi istiqamətləri", "Azərbaycanda informasiya məhsulları və xidmətləri bazarının mövcud vəziyyəti" və digər adda məqalələr təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: