Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyinə yeni etnoqrafik materiallar təqdim olunub
10.07.2018 10:27
  • A-
  • A
  • A+

Tarix Muzeyinə yeni etnoqrafik materiallar təqdim olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar - XX əsrin əvvəllərinə aid iki misgərlik nümunəsi olan badya və çömçə, həmçinin örpək təqdim edilib.

Badyanın üzərində ərəb əlifbası ilə “Sahibi Seyfulla” sözləri həkk olunub. Kənarları qızılı haşiyəli və saçaqlı, tünd mavi rəngli örpək Azərbaycan xanımının tarixi geyim tərzini, estetik zövqünü öyrənmək üçün dəyərli materialdır.

Eksponatlar dövrün etnoqrafik tarixini tədqiq və təbliğ etmək baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: