Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Şərqşünaslıq İnstitutunda elmi seminar keçirilib
05.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Şərqşünaslıq İnstitutunda elmi seminar keçirilib

Mayın 5-də AMEA Şərqşünaslıq İnstitutunda şərqşünaslığın aktual problemləri ilə əlaqədar “Orientalistika” elmi-nəzəri seminarının növbəti toplantısı keçirilib. Seminarda institutun “Ərəb ölkələri tarixi və iqtisadiyyatı” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Əsədov “Liviyada son dövr hadisələri” mövzusunda məruzə ilə çıxış edib. O, Qərb ölkələri, xüsusilə Fransa və İngiltərənin bu ölkədə baş verən hadisələrlə bağlı mövqeyi və rolundan bəhs edib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: