Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Muxtar İmanov “Söz” Akademiyasının üzvü seçilib
16.07.2018 15:11
  • A-
  • A
  • A+

Akademik Muxtar İmanov “Söz” Akademiyasının üzvü seçilib

Türkiyənin “Söz” Akademiyasının rəhbəri, professor Hayrettin İvgin, Samsun şəhər Vəzirköyü bələdiyyəsinin nümayəndəsi İbrahim Sadık Edis, Rusiyanın Moskva Dövlət Humanitar və İqtisadiyyat Universitetinin müəllimi Səlvinaz İsmayılova AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovla görüşüblər.

Əvvəlcə Hayrettin İvgin rəhbərlik etdiyi qurum barədə məlumat verib. Bildirib ki, indiyədək akademiyanın 76 üzvü seçilib. O, akademik Muxtar İmanovu “Söz” Akademiyasının üzvü seçilməsi münasibətilə təbrik edib.  

Azərbaycanlı alim təltifə görə təşəkkürünü bildirib, elmi qurumlar arasında yaradıcı münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. M.İmanov qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti və yeniliklər barədə məlumat verib.

Görüşdə Vəzirköyü bələdiyyəsi ilə Bakının Mehdiabad qəsəbə bələdiyyəsi “Ortaq şəhər” layihəsinin hazırlandığı qeyd edilib. Layihəyə Folklor İnstitutunun da dəstək göstərməsi təklifi qəbul edilib.

Sonda qonaqlara institutun nəşrləri hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: