Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyəli alimlər Hüseyn Cavidin Ev Muzeyində olublar
16.07.2018 15:52
  • A-
  • A
  • A+

Türkiyəli alimlər Hüseyn Cavidin Ev Muzeyində olublar

AMEA Hüseyn Cavidin Ev Muzeyi İstanbul Azərbaycan Mədəniyyət Evi ilə əməkdaşlığı davam etdirir. Birgə fəaliyyət nəticəsində Cavidlər irsinin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilib.

İyulun 16-da İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair Hikmət Alpın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Hüseyn Cavidin Ev Muzeyində olub.

Qonaqlara ümumbəşəri ideyaları təbliğ edən və türkçülüyün mühüm ədəbi-fəlsəfi irsini təşkil edən Hüseyn Cavidin həyat yolu, zəngin yaradıcılığı və ədibin ailə üzvlərinin taleyi barədə ətraflı məlumat verilib.

Daha sonra müxtəlif elm sahələrindən olan türkiyəli alimlər muzeydə dahi dramaturqa məxsus şəxsi əşyalar, şəkillər və digər eksponatlarla tanış olublar.

Sonda xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: