Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunda Soyqırımlarla bağlı Beynəlxalq Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayıb
19.07.2018 15:54
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Soyqırımlarla bağlı Beynəlxalq Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayıb

Dünya tarixçilərinin təşəbbüsü ilə AMEA Tarix İnstitutunun nəzdində Soyqırımlarla bağlı Beynəlxalq Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin yaradılması barədə qərar “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları və deportasiyalar” mövzusunda Qusarda keçirilən V beynəlxalq elmi konfransda qəbul edilib.

Yeni qurum dünyada, o cümlədən türk-müsəlman ölkələrində törədilmiş soyqırımları və deportasiyalarla məşğul olan tədqiqatçılar arasında səmərəli elmi əlaqə yaradacaq, müxtəlif dövlətlərin mütəxəssislərinin araşdırmalarını əlaqələndirəcək.

Soyqırımlarla bağlı Beynəlxalq Əlaqələndirmə Mərkəzi soyqırımı probleminin daha dəqiq və hərtərəfli araşdırılması, tarixi faktların dünya ictimaiyyətinə dolğun çatdırılması, həmin hadisələrə obyektiv siyasi-hüquqi qiymətin verilməsi, gələcək nəslin tarixi daha dərindən öyrənməsi və gənclərin maarifləndirilməsi istiqamətində mühüm rol oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: