Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Mərkəzi Elmi Kitabxanada “Rasim Balayev. Milli  yaddaşda qəhrəman obrazı” adlı tədbir keçiriləcək
23.07.2018 09:53
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbir keçiriləcək

İyulun 24-də saat 15:00-da AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin 70 illik yubileyinə həsr olunan “Rasim Balayev. Milli  yaddaşda qəhrəman obrazı” adlı tədbir keçiriləcək.

İncəsənət və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə görkəmli aktyorun uğurlu səhnə fəaliyyətindən, filmlərdə canlandırdığı epizodik surətlərdən söhbət açılacaq. 

Ünvan: Bakı ş., H.Cavid pr.129

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: