Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Planetimizin sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar
06.08.2018 10:40
  • A-
  • A
  • A+

Planetimizin sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar

Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

Sözügedən meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

Bu ecazkar astronomik hadisə zamanı planetimizin sakinləri keçən ildən fərqli olaraq, iki dəfə çox “düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı saatda 80 meteorit idisə, cari ildə bu orta hesabla saatda 160 meteorit görmək mümkün olacaq.

Ulduz yağışını gecə yarısından günəş doğana kimi müşaidə etmək mümkündür.

Meteor axınının fəaliyyətinin növbəti artımı 2028-ci ildə gözlənilir.

www.comments.ua

  • Paylaş: