Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti sayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən son illərdə ölkəmizdə aparılan arxeoloji tədqiqatlar haqqında geniş məqalə dərc edilib.
Materialda Azərbaycan ərazisində aparılan arxeolojı tədqiqatlara əsaslanaraq onların üzləşdiyi bir sıra problemlərdən bəhs edilir, həmçinin arxeologiya sahəsində əldə edilən nailiyyətlər oxucuya təqdim olunur.