Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Avrasiya CİS konfransı - 2018" adlı beynəlxalq tədbir keçiriləcək
31.08.2018 14:15
  • A-
  • A
  • A+

"Avrasiya CİS konfransı - 2018" adlı beynəlxalq tədbir keçiriləcək

4-7 sentyabr 2018-ci il tarixlərində AMEA-nın Əsas binasında Coğrafiya İnstitutu və Türkiyənin Səlcuq Universitetinin təşkilatçılığı ilə "Avrasiya CİS konfransı - 2018" adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi və praktik olaraq tətbiq edilməsidir.

Konfransda Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən 150-yə yaxın alimin iştirakı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: