Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan seysmoloqları Avropa Seysmoloji Komissiyasının 36-cı Baş Assambleyasının iclasında iştirak ediblər
10.09.2018 17:05
  • A-
  • A
  • A+

Azərbaycan seysmoloqları Avropa Seysmoloji Komissiyasının 36-cı Baş Assambleyasının iclasında iştirak ediblər

Maltanın paytaxtı Valetta şəhərində Avropa Seysmoloji Komissiyasının 36-cı Baş Assambleyasının iclası keçirilib.

Baş Assambleyanın iclasında ölkəmizi Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil ediblər.

Azərbaycanlı seysmoloqlar beynəlxalq tədbirdə "Seysmoloji məlumatlara əsasən Azərbaycan ərazisinin geodinamik rejimi" mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbir çərçivəsində AMEA-nın müxbir üzvü Q.Yetirmişli, həmçinin İtaliya, ABŞ, Əfqanıstan, Gürcüstan, Rusiya, Almaniya və digər ölkələrdən olan seysmoloji təşkilatların rəhbərləri və alimlər ilə ikitərəfli görüşlər keçirib. Həmin görüşlərdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: