Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Riyaziyyat və Mexanika İnstitutunun alimləri Gürcüstanda beynəlxalq konfransda iştirak ediblər
12.09.2018 15:13
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun alimləri Gürcüstanda beynəlxalq konfransda iştirak ediblər

Batumi şəhərində İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Gürcüstan Riyaziyyat Cəmiyyətinin IX beynəlxalq konfransı keçirilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən  BəndəliyevMaye və qaz mexanikası şöbəsinin kiçik elmi işçisi Pərviz Müseyibli iştirak ediblər.

Konfransda R.Bəndəliyev "Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri", P.Müseyibli isə “Qaz qabarcıqlı mayelərdə yaranan qeyri-xətti dalğaların yayılmasına elektrokinetik proseslərin təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları səfər çərçivəsində bir sıra ölkələrin tanınmış alimləri ilə görüşüb, elmi əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: