Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan və ABŞ arasında seysmoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
12.09.2018 15:38
  • A-
  • A
  • A+

Azərbaycan və ABŞ arasında seysmoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica növbəti dəfə Bakıya səfər edib. Səfəri çərçivəsində qonaq AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

Ogie Kuraica RSXM-nin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə iki ölkənin seysmoloji təşkilatları arasında əməkdaşlığın inkişaf perspektivləri və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, RSXM-nin respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaları "Kinemetriks" şirkətinin istehsalıdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: