Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Abşeron yarımadasında neftli ərazilərin rekultivasiyası ilə bağlı müzakirələr aparılıb
12.09.2018 15:59
  • A-
  • A
  • A+

Abşeron yarımadasında neftli ərazilərin rekultivasiyası ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun mütəxəssisləri ilə görüş keçirilib.

Məqsəd Abşeron yarımadasında neft və neft məhsulları ilə remediasiya layihəsi çərçivəsində elmi cəhətdən əsaslandırılmış müasir reabilitasiya təcrübələrinin araşdırılması, seçilmiş bərpa üsulları üzrə yeni metodikaların hazırlanması və tətbiqinə dair müzakirələrin aparılması idi.

Görüşdə ARDNŞ-ın Ekologiya İdarəsinin rəisi Azər Əliyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət QuliyevTorpaqların rekultivasiyası laboratoriyasının müdiri, dos. Fərhad Sadıqov və digər şəxslər iştirak ediblər.

Müşavirədə rekultivasiya işlərinin aparılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: