Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Turan Cavidin xatirəsi anılıb
12.09.2018 16:00
  • A-
  • A
  • A+

Turan Cavidin xatirəsi anılıb

Böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin vəfatından 14 il ötür. Bununla əlaqədar AMEA Hüseyn Cavidin Ev Muzeyində Turan Cavidin xatirəsini anma mərasimi keçirilib.

Mərasimdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı istedadlı mətnşünas T.Cavidin mənalı ömür yolundan danışıb, dahi sənətkar Hüseyn Cavid irsinin toplanması, tədqiq və təbliğində, qorunmasında onun mühüm rolunu diqqətə çatdırıb.

G.Babaxanlı T.Cavidin həyat və fəaliyyətinin nəsillərə layiqli örnək olduğunu bildirib. O, muzeydə Turan Cavidin bütün həyatını sərf etdiyi cavidlər ailəsinin irsi ilə bağlı işlərin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra tədbir iştirakçıları Turan Cavidin həyat və fəaliyyətini əks etdirən eksponat və kitablardan ibarət sərgi ilə də tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: