Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasının təqdimatı keçirilib
12.05.2014 00:00
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasının təqdimatı keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə keçirilmiş tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası təqdim olunub. Monoqrafiyada dahi sənətkar H.Cavid irsinə H.Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur.

Monoqrafiya “Ədəbiyyatın böyük messenatı”, “Naxçıvandan başlayan tanışlıq”, “Hüseyn Cavid irsinin bilicisi”, “Hüseyn Cavid irsinin böyük qayğıkeşi”, “Turan xanım canlı körpü idi”, “Cavid yazdığı kimi”, “İki qayıdış”, “Sözardı” bölmələrindən ibarətdir.

Kitabın redaktoru və ön sözünün müəllifi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: