Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kubanın ölkəmizdəki səfiri AMEA-nın Yüksək Texnologiyalar Parkında olub
17.09.2018 11:09
  • A-
  • A
  • A+

Kubanın ölkəmizdəki səfiri AMEA-nın Yüksək Texnologiyalar Parkında olub

Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub. 

“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, i.ü.f.d. Nazim Şükürovla görüşdə qonaqlara YT Parkın yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, AMEA YT Park elm, texnologiya və innovasiya vasitəsilə ilə milli iqtisadi inkişafa töhfə verməyi qarşısına məqsəd qoyub və qurumun ərazisi xüsusi iqtisadi zona olmaqla vergilərdən azaddır. Bundan əlavə, milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisya axınını gücləndirməyi hədəf alaraq uğurlu layihələrin həyata keçirilməsini dəstəkləyir.

Kubanın ölkəmizdəki səfiri öncə səmimi qəbula görə minnətdarlığını bildirib. O, respublikalarımız arasındakı diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, Kubada da texnoparklar xüsusi əhəmiyyət kəsb edir və dövlət tərəfindən dəstəklənirlər.

Qonaq Kubanın aparıcı şirkətləri "Biokubafarma" və "Labiofan"ın fəaliyyətindən geniş bəhs edib. Qeyd edib ki, farmasevtika sahəsində mühüm nailiyyətləri olan bu şirkətlər şəkərli diabet və xərçəng hüceyrələrinin məhv olunmasına xidmət edən tibbi preparatların istehsalı ilə məşğuldurlar. Bu aparıcı dərman istehsalçılarının AMEA YT Parkla əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində işlər görülməlidir.

Görüşdə, həmçinin ölkələrimizin texnoparkları arasında əlaqələrin genişləndirilməsi, kadr mübadiləsi və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.

Daha sonra nümayəndə heyəti ərazidə fəaliyyət göstərən rezidentlərin istehsal sahələri və hazır məhsul anbarları ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: