Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.09.2018 09:43
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Türkiyədə "İslam mədəniyyətində əlyazma sənətləri" mövzusunda araşdırma aparıb

Azərbaycanlı alim Türkiyədə "İslam mədəniyyətində əlyazma sənətləri" mövzusunda araşdırma aparıb
Əlyazmaşünas alim, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən İslam Araşdırmaları Mərkəzində (İSAM) "İslam mədəniyyətində əlyazma sənətləri" mövzusunda araşdırma aparıb. 
Alim yeni nəşr olunan "Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər" adlı monoqrafiyasını mərkəzə hədiyyə edib. İSAM-da sözügedən monoqrafiyanın təqdimatı keçirilib. Tədqiqatın yeni müstəvidə aparıldığı və müasir dövr üçün aktuallığı vurğulanıb.
Əsər Türkiyənin elmi mühiti tərəfindən maraqla qarşılanıb.

S.Nemətzadə adı çəkilən monoqrafiyanı Atatürk Kitabxanasına, Atatürk Mədəniyyət, Dil, və Tarix Qurumuna, Türk Tarix Qurumuna, Mərmərə Universitetinə də təqdim edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: