Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis edilib
17.09.2018 15:14
  • A-
  • A
  • A+

“Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis edilib

Görkəmli alim, Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordeni laureatı, analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə Əliyevanın adına “Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis edilib.

Bu haqda qərar “Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının sentyabrın 17-də keçirilən iclasında qəbul edilib.

İclasda tanınmış hüquqşünas, jurnalın redaksiya şurasının fəxri sədri Aureliya Qriqoriu, Əməkdar incəsənət xadimi, jurnalın redaksiya şurasının sədri Fəxriyyə Xələfova, həmçinin redaksiya şurasının fəxri üzvləri, professorlar - Sevinc Hacıyeva, İradə Hüseynova, jurnalın təsisçisi və baş redaktoru Emil Nəsirli və digərləri iştirak ediblər.

Orden elmi-tədqiqat fəaliyyətində məxsusi xidmətləri olan, mədəniyyətin və incəsənətin inkişafına, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmlənməsinə görkəmli töhfələr vermiş, elmi-texniki tərəqqiyə şərait yaradan sanballı kəşflər etmiş, maarif, təhsil, ictimai həyat sahələrində və sosial sferada nailiyyətlərə imza atmış vətəndaşların təltif olunması üçün təsis edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: