Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Poisk” qəzeti Azərbaycanda narın genomu üzrə aparılan tədqiqatlardan yazıb
18.09.2018 10:57
  • A-
  • A
  • A+

“Poisk” qəzeti Azərbaycanda narın genomu üzrə aparılan tədqiqatlardan yazıb

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinə rəhbərlik etdiyi müəssisədə nar bitkisinin genetik müxtəlifliyi ilə əlaqədar aparılan tədqiqatlar barədə müsahibə verib.

Materialda bildirilir ki, institutda AMEA rəhbərliyinin dəstəyi ilə narın genofondunun toplanması, qorunması və qiymətləndirilməsi sahəsində mühüm addımlar atılıb, yerli xalq seleksiyası sortları və yabanı populyasiyaların yayılma arealları müəyyən edilib. Aparılan tədqiqatlar zamanı ölkədə ilk dəfə olaraq, nar bitkisinin 85 sortunun molekulyar marker texnologiyasından istifadə etməklə genetik müxtəlifliyi tədqiq edilib.

Əldə olunan nəticələr Rusiya Elmlər Akademiyasının “Genetika” jurnalında dərc olunub...

  • Paylaş: