Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
20.09.2018 10:01
  • A-
  • A
  • A+

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Oktyabrın 1-dən 5-dək Qəbələdə Azıx mağarasından 1968-ci ildə qədim insanın çənəsinin aşkar edilməsinin 50 illiyinə həsr edilmiş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq tədbirin təşkilatçıları AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.

Konfransda Azıx mağarasında qədim insan çənəsinin kəşfinin elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və s. mövzular üzrə müzakirələr aparılacaq. İştirakçılar, həmçinin Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla tanış olacaq, Mingəçevir rayonu ərazisindəki Qaraca paleolit düşərgəsini ziyarət edəcəklər.

İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə tanınmış mütəxəssislərin qatılacağı konfransın açılış mərasimi oktyabrın 1-də AMEA-nın Əsas binasında olacaq. Daha sonra konfrans öz işini Qəbələ şəhərində davam etdirəcək.

Ünvan: Bakı ş., H.Cavid pr. 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: