Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın iki elmi müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb
20.09.2018 15:13
  • A-
  • A
  • A+

AMEA-nın iki elmi müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

AMEA Mikrobiologiya İnstitutu ilə Lənkaran Regional Elmi Mərkəzi (LREM) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Memorandumu Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov və LREM-in direktoru, professor Fərman Quliyev imzalayıblar.

Sənəddə qarşılıqlı fəaliyyətin təşkili, müştərək tədqiqat və layihələrin həyata keçirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi kimi məsələlər nəzərdə tutulur.

İki elmi müəssisə arasında imzalanmış əməkdaşlıq müqaviləsi 5 ili əhatə edəcək.              

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.     

  • Paylaş: