Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycan alimləri diasporu” informasiya sistemi hazırlanır
24.09.2018 16:49
  • A-
  • A
  • A+

“Azərbaycan alimləri diasporu” informasiya sistemi hazırlanır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan alimləri diasporu” informasiya sistemi yaradılır.

İnformasiya sistemində bu günədək xaricdə yaşayıb fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumat toplanılıb emal edilərək sayta yerləşdirilib. Alimlər haqqında məlumatlar Diasporla iş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin ölkənin bir sıra təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində əldə edilib.

Sayt “Ana səhifə”, “Haqqımızda”, “Rəsmi sənədlər”, “Statistik göstəricilər”, “Faydalı linklər” və “Əlaqə” bölmələrindən ibarətdir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək saytda dörd göstərici üzrə axtarış imkanı yaradılıb. “Statistik göstəricilər” bölməsində xaricdə yaşayıb fəaliyyət göstərən alimlərin ölkələr, elm sahələri və cinsi mənsubiyyət üzrə statistikası təqdim olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənməsi haqqında qərar qəbul edib. Bu qərarın icrası İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: