www.science.az
25.09.2018 09:15

Bu gün "Elm və İnnovasiya" proqramının növbəti buraxılışı yayımlanacaq

Sentyabrın 25-də saat 21:35-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş AMEA-nın M.Füzuli adına Əlyazmlar İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə, ölkəmizdə əlyazmaşünaslıq sahəsində əldə olunmuş nailiyyətlərə, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.