www.science.az
26.09.2018 12:48

“Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq konfrans keçiriləcək

27 sentyabr 2018-ci il tarixində saat 10:00-da "Hyatt Regency" otelində “Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir Türkiyə Respublikasının Türk Tarix Qurumu və Strateji Düşüncə İnstitutunun birgə əməkdaşlığı və AMEA-nın Tarix İnstitutunun dəstəyi ilə baş tutacaq.

Konfransda Azərbaycan, Türkiyə, Rusiya və dünyanın digər ölkələrindən tanınmış mütəxəssislər iştirak edəcəklər.

Ünvan: Bakı şəh., Yasamal ray., Abbasqulu ağa Bakıxanov küç., 1.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.