www.science.az
28.09.2018 14:22

“Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri – Əmin Abid” mövzusunda respublika elmi konfransı keçiriləcək

Cari ilin dekabr ayında AMEA-nın Əsas binasında görkəmli tənqidçi, ədəbiyyatşünas, folklorşünas Əmin Abidin anadan olmasının 120 illik yubileyinə həsr olunan “Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri – Əmin Abid” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbir Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 01 noyabr 2018-ci  il tarixi​nə​dək amin.abid@mail.ru elektron ünvanına göndərə bilərlər.

Məruzə tezislərinin tərtib olunma qaydaları:

- Mətn Microsoft Word for Windows redaktorunda (Times New Roman (Az.latın) şriftilə - 12ppt, sətrlərarası interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunmalıdır;

- Tezisin mətni ingilis dilində xülasə olmaqla 2 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, altında və sağ tərəfdə müəllifin soyadı, adı və atasının adı, ondan  altda isə iş yeri və elektron ünvanı (hamısı kiçik şriftlə) göstərilməlidir;

- İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir.

Müəlliflərə tezislərin qəbulu barədə məlumat 08 noyabr 2018-ci il tarixinədək veriləcək. 

Konfrans haqqında ətraflı məlumatı və anket formasını www.folklor.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.