www.science.az
28.09.2018 16:10

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfrans keçiriləcək

29-30 oktyabr 2018-ci il tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir AMEA-nın İctimai Elmlər Bölməsi və Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə gerçəkləşəcək.

Konfransda Rusiya, Ukrayna, Qırğızıstan, Çin və Almaniyadan olan alim və mütəxəssislər iştirak edəcəklər.

Ünvan: Bakı ş., H.Cavid pr.129

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.