Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Şamaxı Astrofizika Rəsədxanası Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Açıq qapı” günü elan edir
04.10.2018 16:40
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Açıq qapı” günü elan edir

AMEA Şamaxı Astrofizika Rəsədxanası oktyabrın 4-dən 10-dək Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Açıq qapı” günü elan edir.

Qeyd edək ki, 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin (“Sputnik-1”) orbitə çıxarılması, habelə dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 1967-ci il 10 oktyabr tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar BMT Baş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqqında qərar qəbul edib. Ümumdünya Kosmos Həftəsi çərçivəsində hər il 90-dan çox ölkədə kosmik fəzanın araşdırılmasına həsr olunan silsilə tədbirlər keçirilir. İlk bu cür həftə 2000-ci ildə “Kosmik minilliyin başlanğıcı” mövzusunda keçirilib. 

Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir. Bu tədbirlərə Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günləri, film təqdimatları, tanınmış astronomlarla görüşlər və s. daxildir.

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos dünyanı birləşdirir” mövzusuna həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: