www.science.az
05.10.2018 13:11

Nobel Sülh Mükafatı laureatlarının adları elan edilib

Oktyabrın 5-də 2018-ci il üçün Nobel Sülh Mükafatı laureatlarının adları məlum olub.

Laureatların adı Osloda xüsusi tədbirdə rəsmi şəkildə elan edilib. Komitənin bəyanatına görə, mükafat iraqlı hüquq müdafiəçisi Nadya Murada və konqolu cərrah Denis Mukvegeyə “döyüşlər və silahlı münaqişələr zamanı cinsi zorakılığa qarşı mübarizədə göstərdikləri səylərinə görə” verilib.

www.nobelprize.org