www.science.az
16.05.2014 00:00

Astronomiya Günü qeyd edilib

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və “Tusi Bohm Planitarium”un birgə təşkilatçılığı ilə Astronomiya Günü qeyd edilib.

Tədbiri giriş sözü ilə açan planetariumun direktoru Famil Mustafa dünyada qeyd olunan Astronomiya Günü haqqında ümumi məlumat verib.

Tədbirdə çıxış edən rəsədxananın direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov, bu qurumun elmi işçisi Ədalət Ətayi və digərləri Astronomiya Gününün əhəmiyyəti, bu elmin inkişaf tarixi, Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyəti, əldə olunan nailiyyətlərdən və perspektiv planlardan danışıblar.

Bildirilib ki, bu günü qeyd edən dünya astronomları insanların diqqətini planetlərə, onların öyrənilməsinə yönəldirlər.

Azərbaycanlı iş adamı, ölkəmizdə “Tusi Bohm Planitarium”un yaradıcısı Tahir Gözəl yaxın iki ildə kosmosa uçuşun planlaşdırıldığını bildirib.

T.Gözəl uçuş planları barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda “Kəşf edilməyən dünyalar” filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.