AMEA-nın İdarəetmə Sistemləri İnstitutu tərəfindən Avropa Birliyinin Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramında iştirak etməyi planlaşdıran alimlər üçün "HORİZON - 2020"də ideyadan layihənin təqdim edilməsinə doğru" adlı metodik vəsait dərc olunub.
Nəşr institutun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, "HORİZON - 2020" proqramının Hüquqi və maliyyə aspektləri üzrə milli təmsilçisi, t.ü.f.d. Tofiq Babayev, Xalidə Məlikova, Sevinc Babayeva və Vasif Həsənovun müəllifliyi ilə hazırlanıb.
Metodik vəsaitdə "HORİZON - 2020"nin bütün strukturu və tərkib hissələri, çərçivə Proqramında tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də lahiyələrin yazılması və təqdim edilməsi barədə məlumatlar verilib. Bundan əlavə, "HORİZON - 2020"nin müxtəlif istiqamətləri üzrə milli təmsilçilərin siyahısı əksini tapıb.
Nəşrdən, həmçinin "HORİZON - 2020"də iştirak etmək istəyən kiçik və orta sahibkarlar, dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri də yararlana bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.