Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı nəşrə  hazırlanıb
11.10.2018 15:43
  • A-
  • A
  • A+

“Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı nəşrə hazırlanıb

AMEA Geologiya və Geofizika İnstitutunun alimlərinin birgə səyi ilə “Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı çapa hazırlanıb. Bu buraxılışda son 10 ildə qeydə alınmış 28 palçıq vulkanının püskürmələrinə dair məlumat verilir. Bildirilir ki, Azərbaycanın 93 palçıq vulkanında son 200 ildə 418 püskürmə qeydə alınıb.

Kataloqda Azərbaycan palçıq vulkanlarının təsnifatı, onların yerləşdiyi ərazilərin geoloji xüsusiyyətləri, püskürmə məhsullarının geokimyası, püskürmələrin səciyyəvi təsviri və s. məlumatlar əksini tapıb.

Qeyd edək ki, Azərbaycanın palçıq vulkanlarının qeydə alınmış püskürmələrinin kiçik həcmli kataloqu 1974-cü ildə çap edilib. Palçıq vulkanları və onların qeydə alınmış püskürmələri haqqında 1810-2001-ci illəri əhatə edən daha ətraflı məlumat kataloq isə 2002-ci ildə çapdan çıxıb. Həmin kataloqun 1810-2007-ci illəri əhatə edən ikinci buraxılışı 2009-cu ildə nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: