www.science.az
12.10.2018 11:30

Beynəlxalq konfransın iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində olublar

10-12 oktyabr tarixlərində Bakıda "Dekorativ sənət və interyer" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar.

Beynəlxalq Muzeylər Şurasının (İCOM) prezidenti Suay Aksoy, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və digər qonaqları MATM-nin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq rəhbərlik etdiyi qurum barədə onlara məlumat verib.

Sonra qonaqlar muzeyin ekspozisiya zallarında və H.Z.Tağıyevin ev muzeyində Azərbaycanın qədim maddi-mədəniyyət nümunələri ilə tanış olublar.

Sonda konfrans iştirakçılarına “Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri” kataloqu və bukletlər hədiyyə olunub.

Qeyd edək ki, beynəlxalq konfransın təşkilatçıları AR Mədəniyyət Nazirliyi, İCOM-un Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (İCDAD) və Tarixi ev muzeyləri (DEMHIST) üzrə beynəlxalq komitələri, həmçinin İCOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.