www.science.az
12.10.2018 16:56

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi elan edilir

AMEA Hüseyn Cavidin Ev Muzeyi tələbə və şagirdlər üçün “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi elan edir.

Məqsəd ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə onun yaradıcılığını gənc nəslə çatdırmaqdır.

Bakı şəhəri orta məktəblərinin şagirdləri mövzu üzrə bədii qiraət nümunəsini noyabrın 30-dək müsabiqəyə təqdim edə bilər. Qiraət nümunələri mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Bədii qiraət mətni huseinjavid@gmail.com elektron ünvanına göndərilməlidir.

Telefon: (+994 55) 866 22 25

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.