Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

İqtisadiyyat İnstitutunun 60 illik yubileyi qeyd olunacaq
16.10.2018 11:49
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun 60 illik yubileyi qeyd olunacaq

Oktyabrın 18-də saat 10:00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq el­mi konfrans keçiriləcək.

Konfransda İqtisadiyyat İnstitutunun fəaliyyət göstərdiyi 60 il ərzində bu müəssisədə Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində görülən işlər, ölkə iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində aparılan elmi tədqiqat işləri barədə məlumat veriləcək.

Tədbir çərçivəsində xarici dövlətlərin bir sıra elmi mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanacaq, ölkəmizin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məktəblərində çalışan gənc iqtisadçı tədqiqatçılar arasında elan olunmuş elmi məqalə müsabiqəsinin qaliblərinə fəxri diplom və pul mükafatları təqdim ediləcək.

Bundan əlavə, beynəlxalq konfransda Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Elmi şurasının səd­ri, professor Pei Çanhunqa AMEA İqtisadiyyat İnstitutunun Fəxri doktoru diplomunun verilməsi də nəzərdə tutulub.

Ünvan: Bakı ş., H.Cavid pr., 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: