Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib
16.10.2018 11:55
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Oktyabrın 16-da AMEA Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib. Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

İlk olaraq elmi-təşkilati məsələlərə baxılıb. Bölmənin qərarları ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, Memarlıq və İncəsənət İnstitutunda Təhsil şöbəsi, Nəsimi adına Dilçilik İnstitutunun nəzdində Eksperimental fonetik araşdırmalar laboratoriyasının yaradılması, həmçinin Memarlıq və İncəsənət İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsinə dair Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Gündəlikdə yer alan növbəti məsələ Fizika İnstitutunun əməkdaşı Tahirə Bağırovanın "Azərbaycan klassiklərinin ədəbi irsinin nəşr tarixi (M.Ə.Sabir və H.Cavidin əsərləri əsasında)" monoqrafiyası ilə bağlı olub. Müzakirələrdən sonra əsər nəşrə tövsiyə edilib.

Sonra cari məsələlərə baxılıb. İlk olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi müzakirə edilib. Bölmə yubileylə bağlı Humanitar Elmlər Bölməsinin elmi sessiyasının, eləcə də Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə respublika konfransının keçirilməsini qərara alıb.

İclasda akademik Rasim Əfəndiyevin 90 illik yubileyinin keçirilməsi qərara alınıb. Həmçinin AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi təqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası ilə bağlı müzakirə aparılıb.

Sonda kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: