Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika” mövzusunda elmi seminar keçiriləcək
16.10.2018 16:28
  • A-
  • A
  • A+

“İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika” mövzusunda elmi seminar keçiriləcək

19 oktyabr 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika” mövzusunda elmi seminarı keçiriləcək.

Seminar müasir dünya folklorşünaslığının aktual mövzularından biri olan İnternet folklorunun nəzəri-metodoloji problemləri, virtual kommunikativ mühitdə gedən folklor prosesləri, müasir sosial-mədəni şərt və prinsiplərin müzakirəsinə həsr olunacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 129.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: