Azərbaycan Turizm və Menecment Universitetinin Qida məhsullarının mühəndisliyi və Odlar Yurdu Universitetinin Biologiya fakültəsinin tələbələri AMEA-nın Mikrobiologiya İnstitutunda olublar.
İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovla görüşdə qonaqlara müəssisənin tarixi, beynəlxalq əlaqələri və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində həyata keçirilməsidir.
Sonra tələbələr institutun Mikrobioloji texnologiya laboratoriyasında aparılan elmi-tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.