www.science.az
19.05.2014 00:00

Azərbaycan aliminin yeni monoqrafiyası çapdan çıxıb

AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun əməkdaşı, “Renium ərintilərinin elektrokimyası” sektorunun müdiri, kimya elmləri doktoru Elza Salahovanın “Renium xalkogenid ərintisinin nazik təbəqələrinin elektrokimyəvi istehsalı” (“The electrochemical production of thin films of rhenium chalcogenides”) adlı yeni monoqrafiyası çapdan çıxıb.

Monoqrafiya Almaniyanın LAP Lambert Akademiya nəşriyyatı tərəfindən ingilis dilində nəşr edilib. Bu kitabda yarımkeçirici xassəyə malik renium xalkogenid ərintisinin nazik təbəqələrinin elektrokimyəvi üsulla alınması və bu təbəqələrin həmin üsulla müxtəlif elektrolitlərdən çökdürülməsi haqda geniş məlumat verilib.

Monoqrafiya kimya ixtisası üzrə təhsil alan institut tələbələri, elmi-tədqiqat institutlarının mütəxəssisləri, doktorantlar, magistrlar və elektrokimya sahəsində çalışan alimlər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.