Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ərtoğrul Cavidin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib
23.10.2018 09:37
  • A-
  • A
  • A+

Ərtoğrul Cavidin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində görkəmli bəstəkar Ərtoğrul Cavidin anadan olmasının 99-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

Ə.Cavidə həsr olunmuş guşənin qarşısında keçirilən tədbiri muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açaraq bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, o, 24 illik qısa ömrü ərzində Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirib, Dövlət Konservatoriyasına daxil olub. Alim Üzeyir Hacıbəylinin sinfində təhsil alan Ə.Cavidin sonralar romanslar, mahnılar, simfonik parçalar bəstələdiyini, “Məhsəti” operasını yazmağa başladığını söyləyib. G.Babaxanlı Ə.Cavidin həm də istedadlı rəssam və folklorşünas olduğunu diqqətə çatdırıb.

Tədbir çərçəvəsində Ərtoğrul Cavidin zəngin irsini özündə əks etdirən müxtəlif kitab, sənəd və fotolardan ibarət sərgi də təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: