Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Günəş sisteminin planetləri” kitabı işıq üzü görüb
23.10.2018 14:16
  • A-
  • A
  • A+

“Günəş sisteminin planetləri” kitabı işıq üzü görüb

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayinin “Günəş sisteminin planetləri” kitabı çapdan çıxıb.

Latviya Respublikasının “Lambert” nəşriyyatında işıq üzü görən kitabda Mars planetinin öyrənilməsində əvəzsiz xidmətlər göstərmiş Nadir İbrahimovun apardığı elmi-tədqiqat işləri yer alıb. Belə ki, nəşrə N.İbrahimovun Marsın inteqral spektrofotometrik və yüksək dispersiyalı spektral  tədqiqatlarının nəticələri, ilk dəfə planetin ən böyük miqyaslı təsvirinin alınması, Veneranın qaranlıq tərəfində şüalanma xətlərinin müşahidəsi, onun atmosferində dərin qatların görünməsi və digər tədqiqatlarının nəticələri daxil edilib.

Vəsaitdə, həmçinin nəhəng planetlərin atmosferinin və onların peyklərinin ŞAR-da tədqiqi zamanı alınan mühüm elmi nəticələr haqqında ətraflı məlumat verilib.

Kitab planetlər fizikası ilə məşğul olan doktorant və magistrantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: