Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.10.2018 09:30
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Çində elmi ezamiyyətdə olub

Akademik İsa Həbibbəyli Çində elmi ezamiyyətdə olub

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli  Çində elmi ezamiyyətdə olub.

Akademik səfər çərçivəsində Pekin Xarici Dillər Universitetində (PXDU) yeni açılmış Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr üçün məruzə ilə çıxış edib.

“Azərbaycan ədəbiyyatının tarixi” mövzusunda çıxış edən akademik İ.Həbibbəyli mühazirədə ədəbiyyatımızın yaranma və inkişaf dövrləri, müxtəlif janrları və cərəyanları, milli mədəniyyətimizdə və ədəbiyyatımızda xüsusi xidmətləri olan dahilərin, o cümlədən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı və Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verib.

PXDU-nun rektoru, professor Pen Lonla da görüşən azərbaycanlı alim iki qurum arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıb.

İ.Həbibbəyli səfər zamanı Çin Sosial Elmlər Akademiyasında da olub. Görüşdə AMEA Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin fəaliyyətə başlamasına dair anlaşma memorandumu imzalanıb.

Sənədə əsasən, mərkəz qarşılıqlı ədəbi tədqiqatların və ədəbi tərcümələrin təşkili, birgə seminarların və konfransların keçirilməsi, alim və doktorant mübadiləsi, doktorantların hazırlanması ilə məşğul olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: