Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Humanitar Forum çərçivəsində “Nəsimiyə ithaf” tamaşası nümayiş olunub
26.10.2018 10:24
  • A-
  • A
  • A+

Humanitar Forum çərçivəsində “Nəsimiyə ithaf” tamaşası nümayiş olunub

Oktyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” musiqili tamaşası nümayiş olunub.

Səhnə əsəri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təqdim edilib.

Klassik və milli Azərbaycan alətlərində ifaların yer aldığı tamaşada Nəsiminin muğam ustası tərəfindən səsləndirilən ən məşhur şeirləri şairin insana, onun qüdrətinə və gözəlliyinə olan sevgisini nümayiş etdirib. 

Ustalıqla təqdim olunan səhnə əsəri maraqla qarşılanıb.

Xatırladaq ki, tamaşa ilk dəfə ötən il mayın 18-də Parisdə, UNESCO-nun baş qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr olunan tədbirdə nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: