Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Fəlsəfə İnstitutunda rusiyalı politoloqun kitabının təqdimatı olub
26.10.2018 15:04
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutunda rusiyalı politoloqun kitabının təqdimatı olub

AMEA Fəlsəfə İnstitutunda tanınmış filosof, politoloq, Rusiya geosiyasi məktəbinin banisi, Rusiya Avrasiyaçılıq hərəkatının lideri, siyasi və sosiologiya elmləri doktoru, professor Aleksandr Duginin “Geosofiyaya giriş: Svilizasiyalar və onların loqosları” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub.

Tədbirdə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə təqdimatı keçirilən nəşrin Azərbaycan oxucusu üçün kifayət qədər dəyərə malik olduğunu vurğulayıb. Bildirib ki, rusiyalı politoloqun geosiyasət və fəlsəfə ilə bağlı dərin düşüncələrinin qovuşduğu bu əsər müasir sivilizasiyalar nəzəriyyəsinə sanballı töhfədir.

Professor A.Duginin yaradıcılığı barədə məlumat verən institut direktoru onun müasir rus mütəfəkkirləri arasında xüsusi yer tutduğunu, onun əsərlərinin araşdırmaçılar üçün tədqiqat obyekti olduğunu deyib. Qeyd edib ki, “Geosofiyaya giriş: Svilizasiyalar və onların loqosları” kitabı A.Duginin Azərbaycan dilində nəşr olunan ilk əsəridir.

Sonra çıxış edən müəllif A.Dugin kitabın elmi əhəmiyyətindən danışıb. O, nəşrin Azərbaycan dilinə tərcümə olunmasına təşəbbüs göstərənlərə təşəkkürünü bildirib.

Qeyd edilib ki, Hafiz Babayev tərəfindən tərcümə edilən kitab Azərbaycanda Rus İcmasının dəstəyi ilə çap olunub.

Tədbir çərçivəsində Mahmud Kaşğari Fondunun rəhbəri Elxan Zal Qaraxanlı professor Aleksandr Dugini fondun medalı ilə təltif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: