Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Əlyazmalar İnstitutu ilə Türkiyənin Süleymaniyyə Kitabxanası arasında əməkdaşlığa dair müqavilə imzalanıb
29.10.2018 09:57
  • A-
  • A
  • A+

AMEA-nın Əlyazmalar İnstitutu ilə Türkiyənin Süleymaniyyə Kitabxanası arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı Türkiyədə elmi ezamiyyətdə olublar. Azərbaycanlı alimlər akdemiyada həyata keçirilən “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyənin zəngin xəzinəyə malik bir sıra kitabxanalarında olublar.

Layihə rəhbəri, akademik Teymur Kərimli və layihənin iştirakçıları Türkiyənin Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasında saxlanılan zəngin əlyazmalarla tanış olublar.

Kitabxananın müdiri Menderes Velioğlu qonaqlara bu qurumun tarixi, burada görülən işlər barədə məlumat verib.

Səfər çərçivəsində AMEA-nın Əlyazmalar İnstitutu ilə Süleymaniyyə Kitabxanası arasında türkdilli əlyazmaların elektron versiyalarının  mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: